“Sabah” – “Qəbələ” – 0:1

Azərbaycan Kuboku, ¼ final mərhələsi, cavab oyunu

20 dekabr 2018. Saat 16:00, “Əlincə Arena”, 400 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Şakir Seyidov, 35 (hakimi aldatmağa cəhd); Elgün Nəbiyev, 39 (qeyri-idman hərəkəti); Vadim Abdullayev, 45 (qeyri-idman hərəkəti); Erik Ramos, 53 (qeyri-idman hərəkəti); Eltun Turabov, 67 (qeyri-idman hərəkəti) // Stiven Monroz, 9 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 44 (hakimi aldatmağa cəhd)

Qırmızı vərəqə: Erik Ramos, 83

Qollar: Ceyms Adeniyi, 80

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

İlk oyun: 0:1

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində ikinci oyun gününə start verilib. “Qəbələ” 2018-ci ildə son oyununu keçirib. “Qırmızı-qaralar” səfərdə “Sabah”la görüşüb. 4 gün öncə öz meydanında 1:0 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri cavab görüşünə də qələbə əzmi ilə çıxıb. İlk görüşlə müqayisədə “Əlincə Arena”da meydana çıxan heyətdə dəyişikliklər olub. Elvin Camalovla Asif Məmmədov “11-liy”ə qayıdıbsa, Rauf Əliyevlə Qismət Alıyev start heyətdən kənar qalıb.

Oyun "Qəbələ"nin üstünlüyü şəraitində başlayıb. "Qırmızı-qaralar" meydana qonaq qismində çıxsalar da, ilk dəqiqələrdən ev sahibi təsiri bağışlayıblar. Birinci hissədə topa və oyuna nəzarət edən Sənan Qurbanovun yetirmələri, xüsusən də, cinah asmaları ilə rəqib qapısına yol tapmağa çalışıblar. "Qəbələ" futbolçuları rəqibin cərimə meydanı həndəvərinə qədər asanlıqla yaxınlaşsalar da, həlledici ötürmələrdə dəqiqlik çatmadığından, hücumlar məntiqi sonluqla yekunlaşmayıb. Meydan sahibləri isə əsasən müdafiə olunaraq, sürətli əks-hücumlara bel bağlayıb. Meydan sahiblərinin belə həmlələri zamanı isə "Qəbələ" müdafiədə etibarlı çıxış edib.

Fasilədən sonra meydan sahibləri bir qədər fəallaşıblar. Lakin onların həmlələrinin qarşısını almaq "Qəbələ" müdafiəçiləri üçün o qədər də çətin olmayıb. Bakılılar müdafiədə qapanmasalar da, oyuna yenə "Qəbələ" nəzarət edib. "Qırmızı-qaralar" ciddi qol epizodları yaratmasa da, rəqibin də təhlükəli hücum qurmasına imkan verməyib. Üstün oyununu davam etdirən "Qəbələ" 80-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Təmkin Xəlilzadənin cinah ötürməsi zamanı meydana sonradan daxil olan Rauf Əliyevin başla endirdiyi topu Ceyms Adeniyi dəqiq zərbə ilə tamamlayıb. Son dəqiqələrdə Sənan Qurbanovun kollektivi daha bir neçə qol vurmaq imkanı əldə edib. Lakin sürətli hücumlar zamanı ələ düşən real şanslardan faydalanmaq mümkün olmayıb. Buna baxmayaraq, ilk görüşdə olduğu kimi, cavab matçında da minimal hesabla qalib gələn "Qəbələ" 2018-ci ili qələbə ilə başa vuraraq Azərbaycan kubokunun yarımfinalına adlayıb.

“Sabah”

30. Saşa Stamenkoviç

5. Kərim Diniyev

15. Erik Ramos

25. Vanderson Silva

33. Eltun Turabov

11. Elgün Nəbiyev

(27. Bəxtiyar Soltanov, 61)

10. Cavid İmamverdiyev (k)

21. Novruz Məmmədov

22. Miloş Bosançiç

(97. Emil Qasımov, 72)

6. Vadim Abdullayev

77. Şakir Seyidov

(8. Elşən Abdullayev, 45)

Ehtiyat oyunçular:

1. Tərlan Əhmədli

19. Məqsəd İsayev

4. Tərzin Cahangirov

14. Tural Qürbətov

3. Elvin Bədəlov

2. Ülvi İbazadə

88. Elçin Əsədov

Baş məşqçi: Elşad Əhmədov

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

11. Asif Məmmədov

(21. Atakora Lalavele, 61)

14. Cavid Hüseynov (k)

17. Ceyms Adeniyi

(8. Qismət Alıyev, 85)

27. Bəhlul Mustafazadə

28. Stiven Monroz

(10. Rauf Əliyev, 74)

33. Təmkin Xəlilzadə

34. Urfan Abbasov

88. Sabien Lilay

Ehtiyat oyunçular:

30. Aqil Məmmədov

35. Murad Popov

2. Amin Seydiyev

5. Rasim Ramaldanov

99. Abbas Ağazadə